Bu gün dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki, mənəvi və psixoloji sağlamlığının artırılmasına diqqət və qayğı göstərilir. Gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə güclü intellektual, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalışır. Bu səbəbdən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi tərəfindən uşaqların cəmiyyətdə psixoloji inkişafına dəstək məqsədi ilə Bakı şəhərində 4 saylı və 6 saylı Bakı "ASAN xidmət" Mərkəzlərində, Quba, Şamaxı, Mingəçevir, Bərdə, Qəbələ, Şəki, Sabirabad, İmişli, Masallı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən regional "ASAN xidmət" mərkəzlərində psixoloji xidmətlərin göstərilməsinə başlanılmışdır. Mərkəzdə fərdi psixoloji konsultasiya, kəkələmə, nitq qüsürlu uşaqlar üçün, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf proqramı, analar klubu və art terapiya kimi psixoloji xidmətləri göstərilir. Uşaqlara psixoloji yardım və digər sahələr üzrə xidmət göstərilməsi üçün Mərkəzlərimizdə peşəkar psixoloqlar və mütəxəssislər fəaliyyət göstərir.
"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır"
Heydər Əliyev