Aidə Aydın qızı Məmmədova
Azərbaycan Dövlət Pedqoji Universitetinin Psixologiya ixtisası üzrə bitirmiş, Böyük Britaniyanın “İnstitute of Commercial Management” institunun (Human Resources Management) insan resurslarının idarə olunması ixtisası üzrə ikinci ali təhsil almışdır. “Psixoterapiya”, “ART terapiya”, “Uşaq psixologiyası”,”Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf proqramları”, “Nitq mədəniyyəti və bədən jestlərinin dili”, “The Art of Coaching Teachers ”, Başkent universitetinin təşkil etdiyi “Ailədə zorakılığa məruz qalmış qadınların gücləndirilməsi, Azərbaycanda sosial-iqtisadi potensialın yaxşılaşdırılması və gender bilikləri” təlimləri üzrə İtaliya,Misir,Fransa,BƏƏ,Türkiyə və digər xarici ölkələrdə və ölkə daxilində sertifikasiya proqramlarında iştirak edib. (United Nations Population Fund) Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən yüksək xidməti qiymətləndirməyə layiq görülmüşdür.
2010-ci ildən Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzində psixoloq vəzifəsində çalışıb, 2016-ci ildən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin direktoru və psixoloq vəzifəsini icra edir.Ailəlidir iki övladı var.