(+99477) 225 15 01

Haqqımızda

Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi

Regionlarda uşaqların psixoloji və sosial inkişafına dəstək olmaq məqsədi ilə 24 oktyabr 2016 –ci il tarixdən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi yaranmışdır. Pilot layihə kimi ilk dəfə Mərkəzi Aran bölgəsindən, Sabirabad regional “ASAN xidmət” mərkəzində uşaqlara psixoloji xidmətlərin göstərilməsi üçün faəliyyətə başlamışdır. Sosial layihə kimi xidmətə başlayan Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi Regionda vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılandı. Bir il ərzində 2500-dən çox vətəndaş psixoloji xidmətlərdən yararlandı.

3-12 yaşadək uşaqlar üçün davranış pozuntuları, nitq problemləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, emosional pozuntu, Autizim, Daun, Asperger sindromlu və bu kimi digər psixoloji narahatçılıqları olan övladlarımızın psixoloji qiymətləndirmə və müayinələrinin aparılması üçün Peşəkar Psixoloqlar, Loqopedlər və Psixo pedaqoqlar tərəfindən göstərilən xidmətlər əsasında qısa zaman ərzində müsbət nəticələr əldə etdik.

Respublikanın digər şəhər və rayonlarında da öz uğurlu və vacib missiyamızı həyata keçirmək üçün fəaliyyət əhatəmizi genişləndirərək, peşəkar əməkdaşlarımızın sayını artırmaqla uşaqlara dahada yaxın olduq. Sentyabr 2017-ci il tarixdən Qəbələ, Bərdə və Masallı regional “ASAN xidmət”mərkəzlərində xidmətlərimizin göstərilməsi üçün bütün şəraitlər yaradıldı. Daha sonra Oktyabr ayından etibarən Bakı şəhərinin sakinləri üçündə 4 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət əhatəmiz genişləndi. Vətəndaşlara dahada ASAN, rahat və əl çatan olması üçün qısa zamanda növbəti rayon və şəhərlərdə xidmət göstərməklə uşaqların psixoloji, sosial inkişafına və gələcəyimizin inkişafına dəstək olmaq arzusundayıq.

Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir !

 Bakı şəh., Bakıxanov qəs., Sülh küç. 197, AZ 1132
/  +994 77 225 15 01
info@psixoloqlasan.az

 İŞ SAATLARI

 Həftə içi 5 gün 4, 6 və 3 saylı Bakı, 2 saylı Sumqayıt  və 2 saylı Gəncə regional ASAN xidmət Mərkəzi filialımız saat 09:00-18:00

 Regionlarda fəaliyyət göstərən filiallarımız həftə içi 5 gün saat 09:00-17:00

Regionlarda fəaliyyət göstərən filiallarımız Şənbə və Bazar: qeyri iş günləri

Copyright © 2014 - 2023 Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design